Reklam resmi
Reklam resmi

İstanbula uçan təyyarə Bakıda məcburi ENİŞ ETDİ

İstanbula uçan təyyarə Bakıda məcburi ENİŞ ETDİ
Hadisə

"Turkish Airlines" aviaşirkətinə məxsus, Aşqabad – İstanbul marşrutu üzrə hərəkət edən Airbus A321 tipli hava gəmisinin kapitanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış kəskin problemlə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.

Ajans.az xəbər verir ki, təyyarə yerli vaxtla saat 08:30-da Bakı hava limanına təhlükəsiz şəkildə eniş edib.

Sərnişinə hava limanında dərhal təcili tibbi yardım göstərilib və səhhəti nəzarətə götürülüb.

Heydər Əliyev Beynəlxalq Aeroportu hər zaman beynəlxalq təhlükəsizlik normalarına və operativ reaksiya standartlarına uyğun fəaliyyət göstərərək, aviadaşıyıcılara və sərnişinlərə etibarlı dəstək göstərir.

Mövzular:
Heydər Əliyev Beynəlxalq Aeroportu Aşqabad – İstanbul marşrutu Məcburi eniş

Digər Xəbərlər