Rusiyaya daha bir HÜCUM - Sakinlər TƏXLİYƏ OLUNUBLAR
Ukrayna Silahlı Qüvvələri (USQ) Bryansk vilayətinin Starodub şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum ediblər.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya regionunun qubernatoru Aleksandr Boqomaz özünün Telegram kanalında məlumat verib.
Bryansk vilayətinin rəhbəri dəqiqləşdirib ki, hücum nəticəsində çoxmənzilli yaşayış binasının dam örtüyü zədələnib. İkinci dron isə yaşayış evinin yaxınlığında yerə düşüb, sakinlər müvəqqəti olaraq təxliyə olunublar. Boqomaz əlavə edib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bundan əvvəl USQ Bryansk vilayətinin Belaya Berezka qəsəbəsinə raket zərbələri endirmişdi. Boqomaz vurğulayıb ki, Ukrayna hərbçiləri dinc sakinlərə qarşı qeyri-insani cinayətlər törətməyə davam edirlər.
Mövzular: