Reklam resmi
Reklam resmi

Türkiyədə mədən çökdü

Türkiyədə mədən çökdü
Dünya

Zonguldakda Türkiyə Taşkömürü Müəssisələrinə (TTK) məxsus mədəndə baş vermiş çökmə nəticəsində iki işçi yeraltında qapalı qalıb.

Ajans.az xəbər verir ki ,hadisə TTK-nın Karadon Müəssisə Müdirliyinə aid mədəndə, -263 metr dərinlikdə qeydə alınıb.

İlkin məlumata görə, işçilərin xilas edilməsi üçün əməliyyatlar davam edir. Hadisə yerinə çox sayda təcili yardım və xilasedici briqadalar cəlb olunub.

Rəsmi qurumlar vəziyyəti nəzarətdə saxlayır və xilasetmə işlərinin uğurla nəticələnməsi üçün bütün mümkün tədbirlər görülür.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə mədən

Digər Xəbərlər