Reklam resmi
Reklam resmi

Çilidə buzlaq parçalandı – (VİDEO)

Çilidə buzlaq parçalandı – (VİDEO)
Dünya

Ölkənin cənubunda yerləşən və Pio XI kimi tanınan Bryggen buzlağından nəhəng buz parçası qoparaq okeana düşüb.

Ajans.az ABC News-a istinadən xəbər verir ki,uzunluğu təxminən 66 kilometr olan Bryggen buzlağı Cənubi Pataqoniya Buz Sahəsinin qərb hissəsində yerləşir və Antarktidadan kənarda Cənub Yarımkürəsinin ən uzun buzlağı hesab olunur. Bu buzlaq uzun illərdir ki, qlobal iqlim dəyişikliyi fonunda buzun həcmi və hərəkəti baxımından alimlər tərəfindən fəal şəkildə öyrənilir.

Alimlər bildirirlər ki, bu cür parçalanmalar iqlim dəyişikliyinin görünən nəticələrindən biridir və Arktika ilə Antarktikada buz örtüyünün gələcəyi üçün vacib göstəricidir.

Qeyd edək ki, sentyabrın 11-də, Arktika və Antarktika Tədqiqat İnstitutu tərəfindən verilən məlumata əsasən, bu buzlaq hadisəsindən qısa müddət sonra dünyanın ən böyük aysberqi olan A23a da 20% ölçüsünü itirib. Hazırda A23a Cənubi Corciya adasından təxminən 130 kilometr şimalda yerləşir.

Alimlərin proqnozlarına görə, nəhəng buz kütləsi külək və okean axınlarının təsiri ilə tədricən parçalanaraq şimala doğru hərəkət edəcək.

Конец формы

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

author picture
Leyla Bayandurlu
Mövzular:
Çili buzlaq

Digər Xəbərlər