Pezeşkiandan AÇIQLAMA: Onlar regionda...
İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında çıxış edərkən İsrail və ABŞ-ı kəskin tənqid edib.
Ajans.az xəbər verir ki, bu barədə “Miran Press” məlumat yayıb.
Pezeşkian bildirib ki, İran diplomatiya və danışıqlar yolunu seçdiyi vaxtda sionist rejim və ABŞ ölkəyə hava hücumu həyata keçirərək diplomatiyaya xəyanət edib.
Onun sözlərinə görə, bu addım beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və İran heç vaxt təxribat qarşısında susmayacaq:
“Biz danışıqlar masasında ədalət və sabitlik axtarırdıq. Lakin hücum edən tərəflər əslində regionda xaos və münaqişə istəyirlər. Onların etdiyi xayinlik idi. Xəyanətkar bir hücuma əl ataraq anidən hərəkətə keçdilər”.
Prezident həmçinin vurğulayıb ki, İran dinc nüvə proqramına sadiqdir və regional sabitliyin qorunması üçün dialoqa açıqdır, lakin təhlükəsizlik məsələsində güzəşt etməyəcək.
Mövzular: