Reklam resmi
Reklam resmi

Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarına hakim təyinatları AÇIQLANDI

Azərbaycan millisinin seçmə mərhələdəki oyunlarına hakim təyinatları AÇIQLANDI
İdman

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Ajans.az  xəbər verir ki, yığmanın Fransa ilə matçını norveçli Marius Hansen Qrotta idarə edəcək.

İsrail - Azərbaycan görüşündə də eyni ədalət təmsilçisi söz sahibi olacaq. Azərbaycan - Rumıniya qarşılaşmasına isə Mateo Erceq təyinat alıb.

8 oktyabr

17:00. Fransa (U-17) - Azərbaycan (U-17)

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Xrvoye Radiç (Xorvatiya)

Dördüncü hakim: Mateo Erceq (Xorvatiya)

"Bourret" stadionu, Kapbreton.

11 oktyabr

20:00. İsrail (U-17) - Azərbaycan (U-17)

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)

Dördüncü hakim: Gillaume Paradis (Fransa)

"Park de Sport" stadionu, Sen-Pol-le-Daks.

14 oktyabr

17:00. Azərbaycan (U-17) – Rumıniya (U-17)

Baş hakim: Mateo Erceq (Xorvatiya)

Baş hakimin köməkçiləri: Xrvoye Radiç (Xorvatiya), Nikolya Durand (Fransa)

Dördüncü hakim: Gillaume Paradis (Fransa)

"Bourret" stadionu, Kapbreton.

Qeyd edək ki, 9-cu qrupun görüşləri Fransada keçiriləcək.

Mövzular:
Azərbaycan millisi Avropa çempionatı Marius Hansen Qrotta

Digər Xəbərlər