Reklam resmi
Reklam resmi

Türkiyədə zəlzələ BAŞ VERİB

Türkiyədə zəlzələ BAŞ VERİB
Dünya

Türkiyənin Balıkesir şəhərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Ajans.az xəbər verir ki,bu barədə ölkənin Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Balıkesirin Sındırgı rayonu olub. Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində yerləşib. Zəlzələ İstanbul və İzmir şəhərlərində də hiss olunub.

Hazırda zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Balıkesir Zəlzələ

Digər Xəbərlər