“Uğurlu qadın cəmiyyətin dayağıdır” - Ülviyyə Murtuzova
“Qadının uğuruna sevinən qadınlar çox olduqca, cəmiyyətdə uğur da çoxalacaq”
Ajans.az xəbər verir ki, ARB kanalında yayımlanan “Sən olsaydın” verilişində qonaq olan psixoloq Ülviyyə Murtuzova bildirib ki, Azərbaycan qadınının böyük potensialı var, lakin onun kəşf olunması üçün ailə və cəmiyyət dəstəyi mühüm rol oynayır.
Murtuzovanın sözlərinə görə, qadınların cəmiyyətdə özlərini təsdiqləməsi üçün ailə və ətraf mühitin dəstəyi vacibdir. Qadının uğuruna sevinən qadınların sayı artdıqca, cəmiyyətdə xanımların qazandığı uğurlar da çoxalacaq. Psixoloq həmçinin Azərbaycan qadınının həm evdə ana və xanımlıq obrazından, həm də müəllimlərindən öyrəndiyi nümunələrdən cəmiyyətdə mövqe qazandığını vurğulayıb.
O, müəllimlərin qadınların formalaşmasında xüsusi rola sahib olduğunu deyib: “Azərbaycan xanımı evdə analarından, cəmiyyətdə isə müəllimlərindən örnək alır. Onlar bizim uğur yolunda əlimizdən tutan, istiqamət verən insanlardır”.
View this post on Instagram