Reklam resmi
Reklam resmi

Yeni “Hörümçək Adam” filminin çəkilişləri zamanı qəza

Yeni “Hörümçək Adam” filminin çəkilişləri zamanı qəza
Dünya

29 yaşlı britaniyalı aktyor Tom Holland “Hörümçək Adam: Yeni Gün” filminin çəkilişləri zamanı qəza keçirərək yüngül beyin sarsıntası alıb.

Ajans.az xəbər verir ki,hadisə Leavesden Studios-da, hərəkət səhnəsi çəkilərkən baş verib. Holland yıxıldıqdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Bir neçə saatlıq müşahidədən sonra aktyor evə buraxılıb. Həkimlər Tom Holland-a istirahət etməyi və bir neçə gün fiziki fəaliyyətdən uzaq durmağı tövsiyə ediblər. Nəticədə filmin çəkilişləri müvəqqəti dayandırılıb. Lakin 2026-cı ilin iyulunda planlaşdırılan film buraxılış tarixi dəyişməz olaraq qalacaq.

Məlumatlara görə, Holland ertəsi gün Zendaya ilə birlikdə Londonda keçirilən xeyriyyə tədbirində iştirak edib. Lakin özünü pis hiss etdiyi üçün tədbiri erkən tərk etdiyi bildirilir.

Hazırda aktyorun vəziyyətinin stabilləşdiyi və yaxşılaşdığı açıqlanıb. Filmin çəkilişlərinin davam etdirilməsi üçün səylər davam edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
“Hörümçək Adam” Tom Holland

Digər Xəbərlər