Reklam resmi
Reklam resmi

Gəlir vergisinin artımı bu şəxslərin pensiyasına TƏSİR EDƏCƏK

Gəlir vergisinin artımı bu şəxslərin pensiyasına TƏSİR EDƏCƏK
Cəmiyyət
498

2026-cı ildən etibarən dövlət büdcəsinə daxil olacaq fiziki şəxslərin gəlir vergisi (yəni insanların maaşından tutulacaq vergi) 29,05%-ə artacağı haqqında informasiya paylaşılmışdı. 2025-ci illə müqayisədə 29,05 % çox dövlət büdcəsinə daha çox pul yığılacaq.

Bu artımın hansı sektorda çalışan şəxslərə təsiri olacaq? İşçi və sahibkarlar arasındakı münasibətlərə hansı təsirləri olacaq? 

Ajans.az bu və digər məqamlarla bağlı iqtisadçı Eldəniz Əmirovdan açıqlama alıb. 

O bildirib ki, vergi artımında olunacaq bu dəyişiklik xaricə işçi axınına çoxda təsir etməyəcək: 

" Sözügedən qərardan bütün təbəqə yox, yalnız qeyri-neft və qeyri-dövlət sektorunda çalışan şəxslərə təsir edəcək. Bu artım güzəştlərdən yaralanan şəxslərə təsir edəcək. Mən düşünmürəm ki, bu güzəştin ləğv olunması gənclərin xaricə üz tutmasını sürətləndirə. Bunların bir-biri ilə əlaqəsi yoxdur desəm düzgün olmaz, əlaqəsi var desəm o da düzgün olmaz. İkisinin arasındakı əlaqə çox zəifdir. Bu xaricə axın yarada bilməz". 

Eldəniz Əmirov qeyd edib ki, işçilərin narazılıq edib işdən çıxması halları yaşana bilər:

"Bu dəyişiklikdən sonra böyük ehtimalla bu hallar yaşana bilər. İlk olaraq işçi narazı qalaraq işdən çıxır. İkinci halda sahibkar onun əmək haqqını qaldırır. Başqa bir halda sahibkar qeyri-şəffaf yollarla işçinin vergi itkisini qarşılayır".

İqtisadçının sözlərinə görə, dünya təcrübəsində belədir ki, nə qədər ölkə varsa, bir o qədər də müxtəlif vergi siyasəti var. Heç bir ölkənin vergi  siyasəti tamamilə eyni olmur. Sadəcə üst-üstə düşən məqamlar var. Ölkələrin vergi siyasətləri üst-üstə düşmür. Çünkü hər ölkənin özünün milli, coğrafi, iqtisadi və sosial məsələləri var və bu kontekstdə müxtəlif fərqliliklər olur. Eyni zamanda ölkələr oxşar  qərarları müxtəlif taxirlərdə və vəziyyətlərdə verə bilər. Buna görə də, bəli, başqa ölkələrdə də güzəştlər olunur, bu güzəştlər ləğv də olunur. Bir müddət sonra başqa kriteriyalarla bağlı güzəştlər tətbiq olunur. Eyni tendensiya Azərbaycanda da var. 

İqtisadçı qeyd edib ki, güzəşt sadəcə ondan yararlanan şəxslərin pensiyasına təsir edəcək:

" Güzəştin tətbiq olunduğu insanlar üçün pensiya fonduna yığımlarda təsir göstərəcək. Amma məsələ budur ki, pensiya fonduna yığılan vəsait, həmin şəxsin özünə də pensiya yaşına çatdıqdan sonra effekt verə bilir".

author picture
Tərlan Əmrahova
Mövzular:
Gəlir vergisi Eldəniz Əmirov Qeyri-neft sektoru Qeyri-dövlət sektoru

Digər Xəbərlər