Reklam resmi
Reklam resmi

Trampın Kraliça Kamillaya hədiyyə etdiyi zinət əşyası "ucuz parça" adlandırıldı

Trampın Kraliça Kamillaya hədiyyə etdiyi zinət əşyası \"ucuz parça\" adlandırıldı
Dünya

ABŞ-ın prezidenti Donald Trampın Böyük Britaniya kralı III Çarlzın həyat yoldaşı Kraliça Kamillaya verdiyi hədiyyə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Tanınmış zərgərlik eksperti və bloger Kristina Çenq, Trampın təqdim etdiyi broşu "ucuz parça" adlandırıb.

Ajans.az xəbər verir ki,Trampın rəsmi səfəri zamanı Kraliça Kamillaya hədiyyə etdiyi zinət əşyası — 18 karatlıq qızıldan hazırlanmış, brilyant və yaqutlarla bəzədilmiş vintage Tiffany & Co. markalı çiçək formalı broş — 40 min dollar (təxminən 3,3 milyon rubl) dəyərində qiymətləndirilsə də, Çenq onun real dəyərinin çox aşağı olduğunu bildirib.

Blogerin sözlərinə görə, oxşar zinət əşyaları onlayn zərgərlik mağazalarında cəmi 1076 dollara (təxminən 90 min rubl) satılır. Çenqin paylaşımı sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Kristina Çenq 100 minə yaxın izləyicisi olan populyar zərgərlik ekspertidir. Onun fəaliyyət göstərdiyi sosial media platforması isə Meta şirkətinə məxsus olub və Rusiyada ekstremist təşkilat kimi tanınaraq qadağan edilib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Kraliça Kamilla Donald Tramp

Digər Xəbərlər