Reklam resmi
Reklam resmi

Kamçatkada daha bir güclü ZƏLZƏLƏ

Kamçatkada daha bir güclü ZƏLZƏLƏ
Dünya

Kamçatkada 5.8 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

Ajans.az bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadla xəbər verir.

Bildirilir ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 94 km məsafədə, Sakit okean akvatoriyasında yerləşib.

Sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, sentyabrın 19-da Kamçatkanın şərq sahillərində 7.7 maqnitudalı xəlzələ baş verib. Bundan sonra gün ərzində 5 və 5.5 bal gücündə daha iki yeraltı təkan qeydə alınıb.

Mövzular:
Kamçatka zəlzələ

Digər Xəbərlər