Simonyanın təyyarəsi Bakıya ENİŞ ETDİ
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyətinin təyyarəsi, məlumata görə, Bakıya eniş edib.
Ajans.az Flightradar24.com saytına istinadən xəbər verir ki, Simonyanı gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
İrəvandan uçuş 50 dəqiqə davam edib.
Uçuşun birbaşa İrəvandan Bakıya olması diqqət çəkib.
Bu, Azərbaycanın paytaxtı Bakıya Ermənistan nümayəndə heyətinin ilk rəsmi səfəridir.
Mövzular: