Reklam resmi
Reklam resmi

Bu ölkədə vəba EPİDEMİYASI: 58 nəfər ÖLÜB

Bu ölkədə vəba EPİDEMİYASI: 58 nəfər ÖLÜB
Dünya

Nigeriyanın şimal-şərqində yerləşən Bauçi əyalətində yayılan vəba epidemiyası nəticəsində 58 nəfər həyatını itirib.

Ajans.az xəbər verir ki,bu barədə əyalət rəhbərliyi məlumat yayıb.

Bauçi əyaləti qubernatorunun müavini Auwal Mohammed Jatau bildirib ki, vəba epidemiyası artıq əyalətin 20 inzibati rayonundan 14-nü əhatə edib və vəziyyət son dərəcə həyəcanvericidir.

"Hazırda Bauçidə 258 vəba hadisəsi qeydə alınıb, 58 nəfər isə bu xəstəlik səbəbilə həyatını itirib", – deyə Jatau bəyan edib.

Onun sözlərinə görə, əyalət rəhbərliyi xəstəliklə mübarizə aparmaq üçün xüsusi komitə yaradıb və bu addım həm vaxtında atılmış tədbir, həm də epidemiyanın qarşısını almaq üçün zəruri mexanizmdir.

Qeyd edək ki, Nigeriyada vəziyyət təkcə Bauçi əyaləti ilə məhdudlaşmır. Ölkədə 26 iyun 2024-cü il tarixində vəba epidemiyası ilə əlaqədar "milli fövqəladə vəziyyət" elan edilib. Hazırda bir çox əyalətdə vəziyyət nəzarətdə saxlanmağa çalışılır.

Vəba xəstəliyinə qida və su vasitəsilə yayılan Vibrio cholerae bakteriyası səbəb olur. Xəstəlik kəskin ishal və ağır susuzluqla müşahidə olunur və müalicə edilmədikdə ölümcül ola bilər.

Nigeriyada vəbanın geniş yayılmasının başlıca səbəbləri sırasında təmiz içməli suya çıxışın məhdudluğu, sanitariya şəraitinin zəifliyi və səhiyyə xidmətlərinin qeyri-effektivliyi göstərilir. Ekspertlər bildirirlər ki, bu amillər xəstəlik riskini daha da artırır.

Bundan əlavə, ölkədə malarİya, poliomielit, tif və meymun çiçəyi (Mpox) kimi digər yoluxucu xəstəliklərin də geniş yayıldığı vurğulanır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Nigeriya vəba epidemiyası baxımından Afrika qitəsində ən çox təsirlənən ölkələrdən biri sayılır.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Nigeriya vəba epidemiyası

Digər Xəbərlər