Təhlükəli asteroid Yerin yaxınlığından keçdi
2025 FA22 adlı asteroid bu gün Yer və Ayın yaxınlığından keçib. Avropa Kosmik Agentliyinin potensial təhlükəli obyektlər siyahısında birinci yerdə qərarlaşan bu kosmik cisim, Moskva vaxtı ilə saat 10:41-də təxminən 800 min kilometr məsafədən Yerə yaxınlaşıb.
Ajans.az xəbər verir ki,bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi Telegram kanalında yayımlanıb.
Qeyd edək ki, 2025 FA22 asteroidi orbitinin trayektoriyası baxımından Yer üçün potensial risk daşıyan obyektlərdən biri hesab olunur. Lakin mütəxəssislər bildirirlər ki, bu dəfəki yaxınlaşma təhlükəsiz məsafədə baş verib və təhlükə yaratmayıb.
Avropa Kosmik Agentliyinə görə, belə obyektlər mütəmadi şəkildə izlənilir və onların trayektoriyası dəqiq hesablanır. 2025 FA22-nin bu yaxınlaşması da əvvəlcədən proqnozlaşdırılıb və vəziyyət nəzarət altında olub.
Mövzular: