Reklam resmi
Reklam resmi

Polşada daha bir dron aşkarlanıb

Polşada daha bir dron aşkarlanıb
Dünya

Polşanın cənub-şərqində, Stanislava yaşayış məntəqəsinin yaxınlığında meşəlik ərazidə naməlum dron tapılıb. Məlumatı Zamoşç polisi yayıb.

Ajans.az xəbər verir ki,RİA Novosti-yə istinadən xəbər verir.

"Sitno qminasına daxil olan Stanislava kəndi yaxınlığında meşədə obyektin tapılması barədə məlumat aldıq. Dərhal əraziyə gedərək mühafizə altına aldıq və müvafiq dövlət qurumlarına, eləcə də Lyublin rayon prokurorluğuna məlumat verdik", – deyə polis nümayəndəsi bildirib.

Hadisə ilə bağlı araşdırma başladılıb. Dronun mənşəyi, məqsədi və ərazidə necə peyda olmasına dair hələlik rəsmi açıqlama verilməyib.

Bu, son aylar ərzində Polşada aşkarlanan bir neçə naməlum uçuş aparatı faktından növbətisidir. Rəsmilər vəziyyəti ciddi nəzarətdə saxladıqlarını bildirirlər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Polşa Varşava

Digər Xəbərlər