Reklam resmi
Reklam resmi

"Ağıllı şəhərlərdə Kibermüharibə" yarışının final mərhələsində iştirakçıları məlum oldu

\"Ağıllı şəhərlərdə Kibermüharibə\" yarışının final mərhələsində iştirakçıları məlum oldu
Cəmiyyət

"Ağıllı şəhərlərdə Kibermüharibə" yarışının final mərhələsində iştirak edəcək komandalar məlum oldu.

Ajans.az xəbər verir ki, 9-10 oktyabr 2025-ci il tarixində təşkil olunacaq "CIDC-2025" ("Critical Infrastructure Defence Challange") tədbiri çərçivəsində keçirilən “Ağıllı şəhərlərdə kibermüharibə” yarışının seçim mərhələsi uğurla başa çatmışdır.

Dövlət qurumlarının, bankların, kritik infrastrukturların, provayder və operatorların, eyni zamanda təhsil müəssisələrinin ümumilikdə 47 komandasının qatıldığı "Ağıllı şəhərlərdə Kibermüharibə" yarışının onlayn mərhələsi cari ilin 12 sentyabr tarixində saat 09.00-dan 18.00-dək davam etmişdir.

Komandaların onlayn seçim turunda əldə etdikləri nəticələrinə uyğun olaraq ən yüksək nəticə göstərmiş və final mərhələsinə keçən iştirakçıların sıralaması aşağıdakı kimidir:

 1.⁠ ⁠Dövlət Gömrük Komitəsi - 0 and 1  2.⁠ ⁠"Kapital Bank" ASC – Bir Sec  3.⁠ ⁠İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi – Digital Rangers  4.⁠ ⁠Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi – Dopamine  5.⁠ ⁠"Delta Telecom" LTD – NetGhosts  6.⁠ ⁠"AzInTelecom" MMC – RedBox  7.⁠ ⁠SOCAR – UEIB  8.⁠ ⁠Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) – k3rnel.exe  9.⁠ ⁠Daxili İşlər Nazirliyi (KMBİ) – CyberPolice 10.⁠ ⁠Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – Great Return 11.⁠ ⁠Bakı Ali Neft Məktəbi – BHOSWARE 12.⁠ ⁠"Caspel" MMC – Caspel Warriors 13.⁠ ⁠Dövlət Mühafizə Xidməti – Iron Fist 14.⁠ ⁠"Expressbank" ASC – Xpr3ss1337 15.⁠ ⁠"Azercell Telecom" MMC – Cybercell 16.⁠ ⁠Deloitte – Kaktus22 17.⁠ ⁠"Azerconnect Group" – CyberConnect 18.⁠ ⁠Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi – CyberDOST 19.⁠ ⁠"Azərbaycan Dəmir Yolları" QSC – Agent.EXE 20.⁠ ⁠Dövlət Su Ehtiyatları Agentliyi – CyberSee

Bu ilki “kibermüharibə” yarışında ölkə təcrübəsini öyrənmək və yarışda iştirak üçün 5 xarici ölkə komandasının da iştirakı təsdiqlənmişdir:

 1.⁠ ⁠Birləşmiş Ərəb Əmirlikləri  2.⁠ ⁠Özbəkistan  3.⁠ ⁠Moldova  4.⁠ ⁠Qırğızıstan  5.⁠ ⁠Tacikistan

Final mərhələsində iştirak edəcək 25 komanda öz gücünü 9-10 oktyabr tarixlərində fiziki məkanda – Bakı Konqres Mərkəzində "kibermüharibə" şəraitində sınayacaqdır.

Bütün komandalara uğurlar arzu edirik!

Mövzular:
"Ağıllı şəhərlərdə Kibermüharibə" "CIDC-2025" Bakı Konqres Mərkəzi

Digər Xəbərlər