Reklam resmi
Reklam resmi

Ağər QƏZA-XƏSARƏT ALANLAR VAR

Ağər QƏZA-XƏSARƏT ALANLAR VAR
Hadisə

Ağdamda baş verən qəza zamanı 4 nəfər xəsarət alıb.

Ajans.az xəbər verir ki,qəza hadisəsi rayonun Qaradağlı kəndində baş verib.

Hərəkətdə olan "VAZ 2107" markalı 10 LK 622 nömrəli avtomobil qarşıdan gələn "VAZ 2107" markalı 90 FJ 958 nömrəli avtomobillə toqquşub.

Nəticədə hər iki avtomobildə olan 1957-ci il təvəllüdlü Allahverdiyev Mehman Ərşad oğlu, 1986-cı il təvəllüdlü Abbasov Coşqun Allahverdi oğlu, 1986-cı il təvəllüdlü Yusifov Anar Qüdrət oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Nahid Vahid oğlu müxtəlif dərəcəli xəsarət alıblar. Yaralılar hadisə yerinə çağrılan təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.\teleqraf

Mövzular:
Azərbaycan Ağdam qəza

Digər Xəbərlər