Reklam resmi
Reklam resmi

Rusiya bu səbəbdən Ermənistana qaz nəqlini DAYANDIRACAQ

Rusiya bu səbəbdən Ermənistana qaz nəqlini DAYANDIRACAQ
Dünya

Rusiya qazının Ermənistana Gürcüstan üzərindən nəqli müvəqqəti olaraq dayandırılacaq. Buna Stavropol diyarında magistral kəmərdə aparılacaq təmir işləri səbəb olub.

Ajans.az xəbər verir ki, məlumatı “Qazprom Ermənistan” şirkəti yayıb.

“16 sentyabr saat 09:00-dan 26 sentyabr saat 09:00-dək Rusiya Federasiyasının Stavropol diyarı ərazisində yerləşən “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərində planlı təmir işləri aparılacaq. Bu səbəbdən Ermənistana təbii qazın nəqli müvəqqəti dayandırılacaq”, – deyə şirkətin açıqlamasında bildirilir.

“Qazprom Ermənistan” həmçinin əlavə edib ki, qeyd olunan müddət ərzində ölkə istehlakçılarının fasiləsiz və etibarlı qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə qaz həcmləri hesabına təmin olunacaq.

Mövzular:
Rusiya Ermənistan qaz nəql dayandırma

Digər Xəbərlər