Reklam resmi
Reklam resmi

Rubio bu tarixdə İsrailə SƏFƏR EDƏCƏK

Rubio bu tarixdə İsrailə SƏFƏR EDƏCƏK
Dünya

ABŞ dövlət katibi Marko Rubio bu həftəsonu İsrailə səfər edəcək.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən məlumata görə, Rubio İsraildə Vaşinqton və Təl-Əvivin ortaq hədəflərini müzakirə edəcək.

Buraya HƏMAS-ın Qəzzaya rəhbərlik etmək cəhdlərinin qarşısının alınması və girovların azad olunması aiddir.

Qeyd edək ki, Rubionun səfəri bu ay BMT-də keçiriləcək yüksək səviyyəli toplantılardan öncəyə təsadüf edir.

Verilən məlumata görə, Fransa və Britaniya da daxil olmaqla bir sıra ölkələrin Fələstin dövlətini tanıyacağı gözlənilir.

İsrail bu addıma qarşı çıxır, Vaşinqton isə belə tanınmanın HƏMAS-ı gücləndirəcəyini bildirir.

Mövzular:
ABŞ İsrail katib səfər

Digər Xəbərlər