Reklam resmi
Reklam resmi

Dəhşətli zəlzələ- Bu ölkədə...

Dəhşətli zəlzələ- Bu ölkədə...
Dünya
396

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Egey dənizində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Ajans.az xəbər verir ki,bu barədə AFAD-ın Zəlzələ İdarəsi məlumat yayıb.Yeraltı təkanlar bu gün saat 12:27-də Çeşmə rayonu sahillərində qeydə alınıb. Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Hazırda hadisə nəticəsində can və ya mal itkisi ilə bağlı hər hansı məlumat yoxdur. Yerli hakimiyyət orqanları və AFAD tərəfindən ərazidə müşahidə və qiymətləndirmə işləri davam etdirilir.

Mütəxəssislər bölgədə mümkün təkanlara qarşı vətəndaşları ehtiyatlı olmağa çağırırlar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə zəlzələ

Digər Xəbərlər