Reklam resmi
Reklam resmi

Türkiyədə polis bölməsinə hücum edilib, İKİ POLİS ŞƏHİD OLUB

Türkiyədə polis bölməsinə hücum edilib, İKİ POLİS ŞƏHİD OLUB
Dünya

Bu gün səhər saatlarında Türkiyənin İzmir şəhərində polis bölməsinə hücumun yeni görüntüləri yayılıb. İzmirdəki silahlı hücumla bağlı İran vətəndaşı saxlanılıb.

Ajans.az APA-ya istinadən xəbər verir ki, İzmirdə iki polisi qətlə yetirməkdə şübhəli bilinən Xaleq Nuriborocərdi Esenyurtda saxlanılıb.

Ümumilikdə, İzmirdəki silahlı hücumla bağlı saxlanılanların sayı 9-a çatıb.

Polis bölməsinə hücum edən 16 yaşlı yeniyetmə “Allahu Əkbər” qışqırıb və əlindəki qumbaranı polis bölməsinə tərəf atıb.

Qeyd edək ki, bu gün İzmir şəhərində yeniyetmə polis bölməsini atəşə tutub. Nəticədə 2 məmur ölüb, 6 nəfər yaralanıb.

Hücum edən şəxs sağdır və hazırda reanimasiyadadır.

Mövzular:
polis hadisə bölmə hücum İran Türkiyə

Digər Xəbərlər