Reklam resmi
Reklam resmi

Nepalda sosial media qadağasına qarşı etirazlarda azı 13 nəfər ölüb

Nepalda sosial media qadağasına qarşı etirazlarda azı 13 nəfər ölüb
Dünya

Nepalda hökumətin sosial media platformalarına tətbiq etdiyi qadağaya qarşı keçirilən etiraz aksiyalarında azı 13 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Ajans.az BBC-ə istinadən xəbər verir ki,nümayişlər paytaxt Katmanduda, parlament binasının yaxınlığında baş verib və təhlükəsizlik qüvvələri ilə toqquşmalarla nəticələnib.

Etirazlara, özlərini Z nəsli kimi təqdim edən minlərlə gəncin Facebook, X (keçmiş Twitter) və YouTube kimi platformaların bloklanmasına qarşı çağırışı səbəb olub.

Nepalın rabitə naziri Prithvi Subba BBC-yə açıqlamasında bildirib ki, polislər iğtişaşın qarşısını almaq üçün su şırnaqları, dəyənəklər və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıblar. Polis sözçüsü Şekhar Xan isə əlavə edib ki, etirazçılar qadağan olunmuş əraziyə daxil olduqdan sonra gözyaşardıcı qaz və digər vasitələr tətbiq olunub.

Nümayişçilər "Bəsdir!", "Korrupsiyaya son!" kimi şüarlarla çıxış edib və hökumətin avtoritar münasibətini pisləyiblər. Etirazlar gərginləşdikdən sonra parlament binası və ətrafına komendant saatı tətbiq edilib. Nepal Ordusu isə vəziyyəti nəzarətdə saxlamaq üçün əraziyə əsgərlər yerləşdirib.

Qeyd edək ki, keçən həftə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, müəyyən edilmiş son tarixə qədər rəsmi qeydiyyatdan keçmədiklərinə görə 26 sosial media platformasının bloklanmasına qərar verib. İki platforma artıq qeydiyyatdan keçərək yenidən aktivləşib, lakin digərləri hələ də blokdadır. İstifadəçilərin bir qismi VPN vasitəsilə qadağanı aşmağa çalışır.

Hökumət sosial medianı tam qadağan etmədiyini, sadəcə qanunlara uyğun tənzimləməyə çalışdığını bildirsə də, geniş ictimaiyyət bu qərarı ifadə azadlığına qarşı ciddi təhdid kimi qiymətləndirir.

Начало формы

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Nepal etirazlar

Digər Xəbərlər