Türkiyə dəhşətli meşə yanğını
Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonunda meşə yanğını baş verib. Hadisə sürətlə genişlənib və əraziyə çoxsaylı texnika və canlı qüvvə cəlb olunub.
Ajans.az “TRT Haber”-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün:
- 3 yanğınsöndürən təyyarə
- 11 helikopter
- 37 su daşıyan maşın
- 2 ağır texnika
- və 242 nəfər personal əraziyə göndərilib.
Yanğının səbəbi hələlik məlum deyil. Aidiyyəti qurumlar hadisənin çıxış səbəbini müəyyənləşdirmək üçün araşdırma aparır.
Hadisə ilə bağlı vəziyyət nəzarətdə saxlanılır. Yerli hakimiyyət orqanları hazırda yaşayış məntəqələri üçün birbaşa təhlükə olmadığını bildirir.
Mövzular: