Trampdan Avropaya ÇAĞIRIŞ
ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqlərinə Rusiyadan neft almamağı tövsiyə edib.
Ajans.az xəbər verir ki, bunu Tramp Parisdə “İstəklilər koalisiyası”nın iclasının iştirakçıları ilə telefon danışığı zamanı bildirib.
O qeyd edib ki, Avropa ölkələri Rusiyadan neft almağı dayandırmalıdır.
Onu da bildirək ki, əgər Avropa ölkələri Rusiyadan neft almağı dayandırsa, Azərbaycanın qitənin neft bazarındakı payı arta bilər.
Mövzular: