ABŞ nümayəndəsi Vitkoff "istəklilər koalisiyası"nın iclasını vaxtından əvvəl tərk edib
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Parisdə keçirilən “istəklilər koalisiyası”nın iclasını cəmi 45 dəqiqə sonra tərk edib.
Ajans.az xəbər verir ki,bu barədə “European Pravda” nəşri məlumat yayıb.
Məlumata görə, Vitkoff iclasa qatıldıqdan qısa müddət sonra Yelisey sarayını tərk edib. Nəşrin diplomatik mənbəsi bildirib ki, Vitkoffun ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı apardıqdan sonra Avropa liderlərinə yenidən qoşulması gözlənilir.
Qeyd edək ki, Stiven Vitkoff sentyabrın 3-də Parisə səfər edib. Onun yalnız koalisiya görüşlərində deyil, həm də Ukrayna prezidenti Vladimir Zelenski və nümayəndə heyəti ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır.
Mövzular: