Alyaskada və Kamçatkada zəlzələ BAŞ VERDİ
Rusiyanın Kamçatka bölgəsində 5,0; ABŞ-nin Alyaska ştatına məxsus Aleut adalarında isə 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.
Rusiyada olan yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 223 kilometr aralıda, 45 kilometr dərinlikdə yerləşib.
ABŞ-da olan yeraltı təkanların episentri təxminən 298 min nəfərin yaşadığı Ankoric şəhərindən 1537 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı yerin 54 km dərinliyində olub.
Mövzular: