Reklam resmi
Reklam resmi

Avropadan Ukrayna AÇIQLAMASI

Avropadan Ukrayna AÇIQLAMASI
Dünya

“İstəyənlər koalisiyasına” daxil olan Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdırlar, lakin bu addımı atmadan öncə ABŞ-ın mövqeyini gözləyirlər.

Ajans.az xəbər verir ki, bu barədə “France Presse” agentliyinin məlumat yayıb.

Mənbə Fransa Prezidenti Emmanuel Makronun anonim müşavirinə istinadla bildirib ki, məsələnin müzakirəsi cümə axşamı Yelisey sarayında videokonfrans vasitəsilə keçiriləcək.

Görüş zamanı siyasətçilər Ukraynaya təhlükəsizlik təminatını verməyə hazır olduqlarını açıqlayacaqlar, lakin Amerikanın dəstəyini və Vaşinqtonda müvafiq qərarın qəbulunu gözləyəcəklər.

Fransa prezidenti Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer sentyabrın 4-də Parisdə görüşərək “İstəyənlər koalisiyasının” iclasını keçirməyə hazırlaşırlar.

ABŞ prezidenti Donald Trampın iclasda iştirak edib-etməyəcəyi hələ də açıqlanmayıb.

Mövzular:
Avropa Ukrayna Rusiya münaqişə açıqlama

Digər Xəbərlər