Reklam resmi
Reklam resmi

Yəməndə İsrailin hücumunda öldürülən husi liderləri dəfn edildi

Yəməndə İsrailin hücumunda öldürülən husi liderləri dəfn edildi
Dünya

Bazar ertəsi Yəmənin paytaxtı Sənada İsrailin hava zərbəsi nəticəsində həlak olan, o cümlədən baş nazir də daxil olmaqla, 12 yüksək rütbəli husi rəhbərinin dəfn mərasimi keçirilib. Ən böyük məsciddə təşkil olunan mərasimə minlərlə insan qatılıb.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki,matəm mərasimində çıxış edən husilərin rəhbərlərindən Məhəmməd Miftah intiqam alınacağına söz verib və daxildə “casuslara” qarşı təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirib. Əzadarlıq iştirakçıları “Amerikaya ölüm, İsrailə ölüm, yəhudilərə lənət” şüarları səsləndiriblər.

İsrail hücumlarının husilərin baş qərargah rəisini, müdafiə nazirini və digər yüksək vəzifəli şəxsləri hədəf aldığı təsdiqlənib. Müdafiə naziri Məhəmməd əl-Atifinin taleyi hələ də məlum deyil.

BMT isə Sənadakı ofisinə edilən basqında ən azı 11 əməkdaşının husilər tərəfindən saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, husilər İsrailin Qəzzadakı əməliyyatlarına cavab olaraq dəfələrlə Qırmızı dənizdəki gəmilərə hücum ediblər. Son olaraq onlar Səudiyyə Ərəbistanı yaxınlığında İsrailə məxsus “Scarlet Ray” tankerinə raket zərbəsi endirdiklərini bildiriblər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Yəmən İsrail

Digər Xəbərlər