Reklam resmi
Reklam resmi

Gürcüstan prezidenti Trampdan xahiş edib

Gürcüstan prezidenti Trampdan xahiş edib
Dünya

Gürcüstan prezidenti, keçmiş futbolçu Mixail Kavelaşvili ABŞ prezidenti Donald Trampı ölkəsinə daha çox diqqət yetirməyə çağırıb. Dövlət başçısı bu barədə açıq məktubunda yazıb.

Ajans.az Gürcüstan Birinci Kanalına istinadən xəbər verir ki, Tramp daha çox Gürcüstanın özünə deyil, qonşu ölkələrə diqqət göstərir. O, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh sazişinə vasitəçilik, eləcə də Türkiyə və Rusiya ilə fəal əməkdaşlığı nümunə kimi qeyd edib.

Prezident həmçinin Ağ Evi passivlikdə ittiham edib və bir daha Gürcüstanda “dərin dövlət”in aktiv fəaliyyət göstərdiyini vurğulayıb: “Bunun fonunda təəssüf ki, administrasiyanız Gürcüstana lazımi diqqət yetirmir. Bu isə hökumətlərin dəyərlərinə tam uyğunluğuna baxmayaraq, Gürcüstan cəmiyyətində çaşqınlıq yaradır”, – Kavelaşvili yazıb.

Xatırladaq ki, yanvarda onun sələfi və siyasi rəqibi Salome Zurabişvili də ABŞ-ı Gürcüstana diqqət göstərməyə çağırmış, lakin bunu Rusiya ilə Qərb arasında tarixi seçim zərurəti ilə izah etmişdi.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Gürcüstan Mixail Kavelaşvili Donald Tramp

Digər Xəbərlər