Məşhur aktyor Rusiyada tullantıların təkrar emalı zavodu TİKƏCƏK
Amerikalı aktyor, döyüş sənətləri üstası Stiven Siqal və oğlu Dominikə məxsus şirkət Volqoqrad vilayətində plastik emalı zavodu tikəcək.
Ajans.az xəbər verir ki, bu barədə şirkətin həmtəsisçisi Mixail Zamarin bildirib.
Məlumatda deyilir: "Biz ilk birgə layihəni 2026-cı ilin yayında işə salmağı planlaşdırırıq".
M.Zamarinin sözlərinə görə, layihə 2030-cu ilə qədər Rusiyada 50 plastik təkrar emalı zavodunun tikintisini planlaşdırır.
M.Zamarin və S.Siqal şirkətlərini "Hikari MMC"-də birləşdiriblər. Bundan başqa, onun sözlərinə görə, şirkət qida, geyim, siqaret, təyyarə satışı və nanotexnoloji elmi araşdırmalarla yanaşı, çirkli plastikin təkrar emalı ilə də məşğul olacaq.
Mövzular: