Paşinyandan Netanyahuya SƏRT ETİRAZ
İsrail baş nazirinin erməni soyqırımı ilə bağlı bəyanatı Ermənistanın maraqlarına cavab vermir.
Ajans.az Arminfo-ya istinadən xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyanın avqustun 28-də İrəvanda keçirdiyi brifinqdə bildirib. İsrailin baş naziri Benyamin Netanyahunun erməni soyqırımı ilə bağlı bəyanatının nə Ermənistan Respublikasının, nə də erməni xalqının maraqları ilə heç bir əlaqəsi yoxdur.
"Ümumiyyətlə, biz başa düşməliyik ki, erməni soyqırımının tanınması və ya tanınmamasının başqalarının əlində olan, dövlətimizin maraqları və xalqın maraqları ilə heç bir əlaqəsi olmayan geosiyasi alətdir. Biz erməni soyqırımı məsələsinin istifadə olunmasını istəyirik? Mən istəmirəm".
Paşinyan bir çox dövlətlərin və strukturların Erməni Soyqırımı faktını tanıdığını bildirib. O bildirib ki, indi erməni xalqı və Ermənistan dövləti bundan nələr qazandığını başa düşüb, dəyərləndirməlidir.
"Bu, geosiyasi alver maraqlarına çevrilməməsi üçün vacibdir", - deyə hökumət başçısı qeyd edib. O əlavə edib ki, erməni soyqırımını tanıyan bir sıra dövlətlərin rəhbərləri ilə söhbətləri zamanı bu dövlətlərin motivasiyasını anlamağa çalışıb. Paşinyanın sözlərinə görə, bu addımın əsas motivi Ermənistanın maraqları ilə heç bir əlaqəsi olmayan siyasi seçkilərdə daha çox səs toplamaq üçün atılan addımdır.