Ərdoğan və Putin Çində GÖRÜŞƏCƏK
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinə səfəri zamanı Putinlə görüşəcək.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Çin lideri Si Cinpinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə qatılacaq.
Ərdoğan administrasiyası onun Çində keçiriləcək ŞƏT sammitində iştirakını təsdiqləyib, Si Cinpinlə danışıqlar gözlənilir.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə görüşü çərçivəsində bir araya gələcək.
Mövzular: