Reklam resmi
Reklam resmi

Teslanın reputasiyası ZƏDƏLƏNİB

Teslanın reputasiyası ZƏDƏLƏNİB
Dünya

Tesla-nın avtopilot funksiyası potensial alıcıları cəlb etmək əvəzinə, şirkətin avtomobillərinə marağı azaldır

Ajans.az CNBC telekanalına istinadən xəbər verir ki,ABŞ-da 8 min nəfərin iştirakı ilə keçirilən sorğuya görə, respondentlərin yalnız 14 faizi avtopilot funksiyasının Tesla seçimini daha cəlbedici etdiyini deyib. İstifadəçilərin 35 faizi isə məhz Full Self-Driving (FSD) texnologiyasını şirkətdən avtomobil almama səbəbi kimi göstərib.

Slingshot Strategies-in tədqiqat rəhbəri Evan Roth Smith qeyd edib: “Bu il şirkətin brend reputasiyasının azalması heyrətləndiricidir. Özünü idarə edən texnologiya yeni müştəriləri cəlb etməli idi, amma əksinə, markanın nüfuzuna ciddi zərbə vurdu.”

Araşdırmaya görə, respondentlərin yarısına yaxını Teslanın avtopilot funksiyasının qadağan edilməsini tələb edib.

Jurnalistlər bildiriblər ki, şirkət istehlakçılar üçün cəlbediciliyini artırmaq istiqamətində kifayət qədər iş görmür. Bundan əlavə, Teslanın imicinə İlon Maskın mübahisəli siyasi çıxışları, ABŞ administrasiyası ilə münasibətləri və Almaniyada “Almaniya üçün Alternativ” partiyasına dəstəyi də mənfi təsir göstərir.

Xatırladaq ki, iyul ayında amerikalı tədqiqatçılar da Maskın siyasi bəyanatlarının yalnız Tesla-nın deyil, ümumilikdə elektrik nəqliyyatı sənayesinin reputasiyasına ziyan vurduğunu açıqlamışdılar.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Tesla İlon Mask

Digər Xəbərlər