Reklam resmi
Reklam resmi

Almaniya vətəndaşlarına İranı tərk etmələrini tövsiyə edir

Almaniya vətəndaşlarına İranı tərk etmələrini tövsiyə edir
Dünya

Almaniya hökuməti vətəndaşlarına İranı tərk etmələrini və oraya səfərlərdən çəkinmələrini tövsiyə edib.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki, Almaniyanın nüvə proqramı ilə bağlı BMT-nin İrana qarşı sanksiyalarını bərpa etmək təşəbbüsündə iştirak etməsinə cavab olaraq Tehranın mümkün əks-hərəkətlərindən qorunmaq məqsədilə verilib.

Cümə axşamı Böyük Britaniya, Fransa və Almaniya mübahisəli İran nüvə proqramına görə BMT sanksiyalarının bərpası üçün 30 günlük prosesə başlayıb. Bu addım İsrail və ABŞ-ın İranı bombalamasından iki ay sonra bölgədə gərginliyi artıran amil sayılır.

Almaniyanın Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, “İran hökumətinin nümayəndələri dəfələrlə bu işin nəticələri ilə hədələyib, buna görə Almaniyanın maraqları və vətəndaşlarının təhlükəsizliyi təsirlənə bilər”. Hazırda Tehrandakı səfirlik yalnız məhdud konsulluq xidməti göstərə bilər, – deyə nazirliyin saytında bildirilib.

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya İran

Digər Xəbərlər