Reklam resmi
Reklam resmi

Rusiyada dəhşətli yanğın

Rusiyada dəhşətli yanğın
Dünya

Gelendjik yaxınlığında 23 turist meşə yanğını səbəbindən təxliyə oluna bilmir.

Ajans.az Komsomolskaya Pravda-ya(Комсомольская Правда) istinadən xəbər verir ki,Gelendjik yaxınlığında Qara dəniz sahilində baş verən meşə yanğını nəticəsində 23 turist tələyə düşüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, güclü tüstü səbəbindən onların təxliyə marşrutları bağlanıb. Hazırda xilasedicilərin olduğu qayıq turistləri təhlükəsiz əraziyə aparmaq üçün yola çıxıb.

Yanğın avqustun 28-nə keçən gecə Ukraynanın pilotsuz uçan aparatlarla Krasnodar diyarına təşkil etdiyi kütləvi hücumdan sonra başlayıb. Severski rayonunun Afipski kəndi və Gelendjik ərazisi zərər çəkib, təxminən 200 kvadratmetr sahədə meşə yanğını qeydə alınıb.

Rusiya Müdafiə Nazirliyi daha əvvəl açıqlamışdı ki, həmin gecə hava hücumundan müdafiə qüvvələri ölkə ərazisi üzərində Ukraynaya məxsus 102 PUA-nı vurub. Onların əksəriyyəti Rostov, Samara vilayətləri və Krasnodar diyarı üzərində məhv edilib.

 

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Gelendjik

Digər Xəbərlər