Ukrayna nümayəndələri ABŞ-də təhlükəsizlik müzakirələri APARACAQ
Ukrayna nümayəndə heyəti təhlükəsizlik təminatlarını müzakirə etmək üçün öncə İsveçrəyə, oradan da ABŞ-yə yollanacaq.
Ajans.az xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski Telegram kanalında məlumat verib.
Zelenski bildirib: “Sabah İsveçrədə, cümə günü ABŞ-də görüşlər olacaq. Hərbi, siyasi, iqtisadi komponentlər üzrə müzakirələr nəzərdə tutulub”.
Mövzular: