Reklam resmi
Reklam resmi

Fransada terror aktı baş verib

Fransada  terror aktı baş verib
Dünya

Fransa hüquq-mühafizə orqanları Parisdə Eyfel Qülləsi və sinaqoqların yaxınlığında terror aktları planlaşdırmaqda şübhəli bilinən iki yeniyetməni saxlayıb. Onlardan biri 15, digəri isə 17 yaşındadır.

Ajans.az Le Figaro qazetinə istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər iyulun sonunda həbs olunub, lakin ictimaiyyətə yalnız indi məlumat verilib. Bild xəbər verir ki, gənc islamçılar öz planlarını şifrəli messencerlər vasitəsilə müzakirə ediblər və bir-birlərinə “son dərəcə şiddətli məzmun” göndəriblər. Onların İslam Dövləti (İD) terror qruplaşmasının təbliğatına məruz qaldıqları bildirilib.

Bundan əlavə, yeniyetmələr cihada qoşulmaq istəyini müzakirə edib və darknetdə silah axtarışına başlayıblar.

Fransa Milli Antiterror Prokurorluğu bu ilin may ayında yetkinlik yaşına çatmayan ekstremistlərlə iş üzrə xüsusi bölmə yaradıb. Bunun əsas səbəbi “TikTok terrorçuları” adlandırılanların sayının artmasıdır. Europol məlumat verir ki, terror şübhəlilərinin hər üçüncüsü hazırda 20 yaşdan aşağıdır.

2022-ci ildə Fransada iki yeniyetmə terrorizmdə şübhəli bilinirdisə, 2023-cü ildə bu sayı 15-ə, keçən il isə 18-ə çatıb. Problem Almaniyada da kəskindir; avqustun 25-də Plauendə bir çeçen TikTok-da terror aktı törətdiyini elan edib. Xüsusi polis bölmələri şübhəlilərin mənzilində axtarış apararaq telefonlar və digər məlumat daşıyıcılarını ələ keçirib. Hazırda yeniyetmələr barəsində araşdırmalar davam edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Fransa Eyfel Qülləsi

Digər Xəbərlər