Reklam resmi
Reklam resmi

Ukraynada 18-22 yaşlı kişilərin sərhədi maneəsiz keçməsinə İCAZƏ VERİLDİ

Ukraynada 18-22 yaşlı kişilərin sərhədi maneəsiz keçməsinə İCAZƏ VERİLDİ
Dünya

Ukrayna Nazirlər Kabineti dövlət sərhədindən keçmə qaydasını yeniləyib.

Ajans.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yuliya Sviridenko teleqram kanalında məlumat yayıb.

Yeni qaydaya əsasən hərbi vəziyyət dövründə 18-22 yaşlı kişilər sərhədi maneəsiz keçə biləcəklər.

"Söhbət müvafiq yaşda olan bütün vətəndaşlardan gedir", - o, qeyd edib.

Hökumət başçısının sözlərinə görə, bu qərar müxtəlif səbəblərdən xaricdə olan vətəndaşlara da aiddir.

“Biz ukraynalıların Ukrayna ilə mümkün qədər əlaqələr saxlamasını istəyirik”, - Sviridenko bildirib.

Dəyişikliklər qərarın rəsmi dərcindən bir gün sonra qüvvəyə minir.

Mövzular:
Ukrayna icazə qayda gənc yaş

Digər Xəbərlər