Litvada yeni hakim koalisiyaya qarşı kütləvi etirazlar başlayıb
Litva parlamentinin qarşısında yeni hakim koalisiyaya qarşı minlərlə insanın iştirak etdiyi kütləvi etiraz aksiyaları başlayıb. yazır ki, aksiyaya respublikanın səkkiz mindən çox vətəndaşı qoşulub.
Ajans.az Sputnik Litvaya istinadən xəbər verir kieni hökumət koalisiyası üç partiyanın birləşməsi ilə yaradılıb: Sosial Demokrat Partiyası, “Neman Şəfəq” Partiyası və Litva Fermerlər və Yaşıllar İttifaqı. Etirazçılar xüsusilə Sosial Demokratların qalmaqallı siyasətçi Remigijus Žemaitaitisin rəhbərlik etdiyi “Neman Şəfəq”lə əməkdaşlığını qəbuledilməz hesab edirlər.
Etirazçıların yaydığı manifestdə bildirilib: “Sosial-demokratlar növbəti dəfə sözlərindən dönərək ölkənin idarəçiliyini böhtançı və yalançının rəhbərlik etdiyi ‘Neman Şəfəq’ə təhvil verdikləri gün Litva üçün utanc günü olacaq”.
Xatırladaq ki, avqustun əvvəlində Litva hökuməti respublikanın keçmiş baş naziri Gintautas Paluckas-la bağlı korrupsiya qalmaqalı fonunda istefa vermişdi. Paluckas Avropa İttifaqının subsidiya vəsaitləri ilə bağlı maliyyə fırıldaqlarında ittiham olunur.