Dəhşətli meşə yanğını- Bu ölkədə...
Rusiyanın kurort şəhəri Anapada, Varvarovka kəndi ərazisində genişmiqyaslı meşə yanğını davam edir.
Ajans.az şəhər meriyasının Telegram kanalına istinadən xəbər verir ki, avqustun 26-na olan məlumata əsasən, yanğın 11,2 hektar ərazini əhatə edib.
Alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyi, Kuban SPAS, MBU Xilasetmə Xidməti, Mülki Müdafiə və Əhalinin Müdafiəsi Departamenti, kazak dəstələri və digər qurumların əməkdaşları cəlb olunub. Ümumilikdə 37 texnika və 100-dən çox xilasedici alovla mübarizə aparır. Lakin yerli landşaftın mürəkkəbliyi söndürmə işlərini çətinləşdirir.
Xatırladaq ki, avqustun əvvəlində Krımda 5,2 min hektar ərazini əhatə edən güclü yanğın baş vermişdi. Həmin vaxt alov 4 kəndi təhdid etsə də, yayılmasının qarşısı vaxtında alınıb.
Mövzular: