Tramp: Qəzza münaqişəsi iki-üç həftəyə həll oluna bilər
ABŞ prezidenti Donald Tramp Qəzza zolağında davam edən münaqişənin yaxın iki-üç həftə ərzində sona çatacağına ümid etdiyini bildirib.
Ajans.az TASS-a istinadən xəbər verir ki, Tramp bu fikri Ağ Evdə Cənubi Koreya prezidenti Li Çje Myonqla görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən səsləndirib:
“Düşünürəm ki, yaxın iki-üç həftə ərzində biz yaxşı, yekun nəticəyə gələcəyik. Bu barədə danışmaq çətindir, çünki onlar min illərdir mübarizə aparırlar, bu ərazi həmişə gərginlik ocağı olub”, – deyə o vurğulayıb.Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək yanvar ayında əldə olunmuş atəşkəsi pozub. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi əməliyyatların əsas məqsədini HƏMAS-ın saxladığı bütün girovların azad olunması kimi təqdim edib.
Avqustun 8-də İsrailin hərbi-siyasi kabineti Netanyahunun Qəzza şəhərinin bütün ərazisinin nəzarətə götürülməsi planını təsdiqləyib. Avqustun 20-də müdafiə naziri İsrael Kats da planı təsdiqlədiyini açıqlayıb.
Mövzular: