Reklam resmi
Reklam resmi

Tokayev Çinə səfər edəcək

Tokayev Çinə səfər edəcək
Dünya

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə 30 avqust - 3 sentyabr tarixlərində bu ölkəyə səfər edəcək.

Ajans.az xəbər verir ki, səfər çərçivəsində ali səviyyəli danışıqlar keçiriləcək və bu danışıqlarda Qazaxıstan-Çin hərtərəfli strateji tərəfdaşlığının gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

"31 avqust - 1 sentyabr tarixlərində Qazaxıstan Prezidenti Tyantszində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində və "ŞƏT plus" iclasında iştirak edəcək", - məlumatda qeyd olunur.

Bundan əlavə, sentyabrın 2-də Tokayev Pekində "Qazaxıstan - Çin" İşgüzar Şurasının iclasında çıxış edəcək və böyük Çin şirkətlərinin rəhbərləri ilə bir sıra görüşlər keçirəcək. \ report.az

Mövzular:
Qazaxıstan Kasım-Jomart Tokayev Çin Xalq Respublikası Si Cinpi

Digər Xəbərlər