Rusiyada daha bir ZƏLZƏLƏ
Kamçatkanın şərq sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib.
Ajans.az Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinə istinadən xəbər verir.
Seysmoloqların açıqlamasına görə, bu, son 24 saat ərzində regionda 5,0 baldan güclü üçüncü təkan olub. Yeraltı zərbələr avqustun 25-də, Moskva vaxtı ilə saat 07:05-də (yerli vaxtla 16:05) qeydə alınıb.
Zəlzələnin episentri Sakit okeanda, Petropavlovsk-Kamçatskidən təxminən 278 kilometr məsafədə, 49,6 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, bundan əvvəl bölgədə, yüksəkliyi bəzi yerlərdə 10 metrə çatan Kraşeninnikov vulkanının zirvəsindən güclü lava axını müşahidə olunmuşdu.
Mövzular: