Türkiyənin Balıkəsir vilayətindəki zəlzələ: İstanbulda hiss edildi
Balıkəsirdə axşam saatlarında Sındırgı rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.
Ajans.az "Haber Global"a istinadən xəbər verir ki, zəlzələ İstanbul, İzmir və Manisa da daxil olmaqla bir çox vilayətdə hiss olunub.
AFAD-ın məlumatına görə, yeraltı təkanlar saat 21:58-də Bakı vaxtı ilə (Bakı vaxtı ilə 22:58) baş verib.
Zəlzələnin maqnitudası 4,8, dərinliyi isə 7 kilometr olub.
Səlahiyyətlilər vətəndaşları mümkün afterşoklara qarşı ehtiyatlı olmaları barədə xəbərdar ediblər.
Hadisə ilə bağlı dağıntı və xəsarət barədə məlumat verilməyib.
Rəsmilər vəziyyəti izlədiklərini açıqlayıblar.
Mövzular: