Ağciyərindən diş implantı çıxarılıb
İzmirdə yaşayan 63 yaşlı Çətin Urcan, 15 gün əvvəl diş implantasiyası əməliyyatından sonra öskürək və bəlğəm şikayətləri ilə xəstəxanaya müraciət edib.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki,rentgen və KT müayinələri zamanı onun sağ alt ağciyərində 2 santimetr uzunluğunda diş implantı aşkarlanıb.
İEU Medical Point Xəstəxanasının Torakal Cərrahiyyə şöbəsinin müdiri Prof. Dr. Haqqı Ulutaş bildirib ki, implant əməliyyat zamanı yanlışlıqla ağciyərə keçib və dərhal qapalı cərrahi müdaxilə ilə çıxarılıb. Urcan əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini söyləyib.
Prof. Dr. Ulutaş həmçinin xəbərdarlıq edib ki, ağciyərə yad cisimlərin düşməsi ciddi fəsadlara səbəb ola bilər və böyüklərdə nadir hallarda rast gəlinir, lakin uşaqlarda daha tez-tez baş verə bilər. O, ailələri öskürək və nəfəs almaqda çətinliklər yaradan hallara diqqət yetirməyə çağırıb.
Mövzular: