Reklam resmi
Reklam resmi

Təyyarənin qanadı uçuş zamanı QIRILDI

Təyyarənin qanadı uçuş zamanı QIRILDI
Dünya

ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) uçuş zamanı Delta Air Lines-a məxsus Boeing 737 təyyarəsinin qanad hissəsinin zədələnməsi ilə bağlı araşdırma başladıb. Hadisə çərşənbə axşamı Orlando – Austin reysi zamanı baş verib.

Ajans.az CNN-ə istinadən xəbər verir ki, 1893 saylı reysin sərnişinləri uçuş zamanı qanadın arxa hissəsindəki detalın qoparaq sallandığını görüblər. Sərnişin Şanila Arif CNN-ə açıqlamasında təyyarənin güclü titrədiyini, pəncərədən baxdıqda qanadın bir hissəsinin sallandığını gördüyünü deyib.

Arifin çəkdiyi videoda havada yüzlərlə mil sürətlə uçan təyyarənin qanadında qırıq hissənin açıq şəkildə görünməsi sərnişinlərdə təşviş yaradıb. Onlar detalın tam qoparaq təyyarənin quyruğuna dəyməsindən və qəza riskindən narahat olublar.

Delta Air Lines hadisədən sonra açıqlama yayıb:

“Enişdən sonra sol qanadın bir hissəsinin yerində olmadığı müşahidə edilib. Təyyarə texniki xidmət üçün istismardan çıxarılıb. Sərnişinlərimizin təhlükəsizliyi bizim üçün hər şeydən önəmlidir və yaşanan narahatlığa görə üzr istəyirik”.

Məlumata görə, təyyarənin göyərtəsində 62 sərnişin və altı ekipaj üzvü olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

FAA insidentlə bağlı araşdırma aparır. Delta isə istintaqla tam əməkdaşlıq edəcəyini bəyan edib.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Federal Aviasiya Administrasiyası

Digər Xəbərlər