Chris Martin “kiss cam” qalmaqalına münasibət bildirdi
“Həyat sənə limon verəndə, limonad düzəldirsən” Coldplay qrupunun solisti Chris Martin ötən ay Boston konsertində yaşanan “kiss cam” qalmaqalından sonra ilk dəfə səhnədə bu mövzuya toxunub.
Ajans.az BBC-ə istinadən xəbər verir ki, meneceri Kristin Kabotun qucaqlaşdığı görüntülər Jumbotron ekranında əks olunmuş, video sürətlə yayılaraq hər iki şəxsin istefası ilə nəticələnmişdi.
Kinqston-apon-Hall şəhərində baş tutan konsertdə Martin əlində “O Boston konsertində idim” yazılmış pankart qaldıran fanatı gördükdən sonra zarafatla belə deyib:
“O hadisədən sonra da bura gəldiyin üçün sağ ol. Həyat sənə limon verəndə, limonad düzəldirsən”.
Müğənni Coldplay konsertlərində öpüş kamerasının artıq ənənəyə çevrildiyini vurğulayıb və bu ənənədən imtina etməyəcəklərini bildirib:
“Uzun müddətdir bu ənənəni davam etdiririk. Bəzən mübahisələrə səbəb olur, amma imtina etməyəcəyik. Çünki biz sizinlə ünsiyyəti önəmli hesab edirik”.
Martin, həmçinin oxşar hallardan dərs çıxarmağın vacibliyini qeyd edib və “kiss cam” ənənəsinin konsertlərdə sərhədləri aşaraq müsbət qarşılıqlı münasibət yaratmaq məqsədi daşıdığını vurğulayıb.