Reklam resmi
Reklam resmi

Rusiya Ukraynanın qərbinə güclü raket zərbələri endirib

Rusiya Ukraynanın qərbinə güclü raket zərbələri endirib
Dünya

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiya son həftələrin ən güclü bombardmanlarından birində bir gecədə Ukraynanın qərb bölgələrinə – Zaporojjya, Dnepropetrovsk və Lvov vilayətlərinə – yüzlərlə pilotsuz təyyarə və raket atıb. Zərbələr nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Ajans.az BBC-ə istiandən xəbər verir ki,xarici işlər naziri Andrii Sybiha zərbələrin diplomatik səylərin və hava hücumundan müdafiənin gücləndirilməsinin vacibliyini vurğuladığını deyib. Ukrayna prezidenti Vladimir Zelenski isə rusiyalı həmkarı Vladimir Putinlə “istənilən formatda” görüşməyə hazır olduğunu açıqlayıb.

Ukrayna Hərbi Hava Qüvvələri bir gecədə həyata keçirilən hücumlarda 614 hava vasitəsi qeydə alıb, onlardan 577-si dayandırılıb. Sybiha bildirib ki, zərbələr arasında pilotsuz təyyarələr, hipersəs, ballistik və qanadlı raketlər olub.

Rusiya qüvvələrinin hazırda Zaporojjya vilayətində cəmləşdiyi və qoşunların Kursk istiqamətindən bu bölgəyə köçürüldüyü bildirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər