Qobustanda balıq tutmağa gedənlər torpaq uçqunu altında qaldılar: ÖLƏN VAR
Abşeron rayonu ərazisində torpaq sürüşməsi olub.
Ajans.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qobustan ərazisində baş verib. 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustanda çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatı qoparaq üzərinə tökülüb. Nəticədə, o, hadisə yerində ölüb, hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mövzular: